Quşlardakı ünsiyyət və siqnallaşma

Quşlar baxış, ağız hərəkəti, müəyyən tüklərin qaldırılması, boynu uzatma, çömbəlmə, sıçrama, qanad çırpma kimi hərəkətlərlə mənalı bir ünsiyyət reallaşdırarlar. Hər quş növü öz bədən dilinə sahib olmasına baxmayaraq, bir çox növ müəyyən hərəkətləri eyni şəkildə edər. Məsələn, müxtəlif növlər dimdiyi yuxarı doğru qaldırmağı "uçacağam"; sinəsi aşağı doğru hərəkət etdirməyi "diqqətli ol" yaxud "təhlükə" olaraq bildirər. Bəzi növlər də, quyruq tüklərini qaldırmağı "səni təhdid edirəm"; təpələrindəki parlaq rəngləri göstərməyi ümumiyyətlə, "hücum etməyə hazıram" deyə qəbul edərlər. Quşlar, baxışlarındakı dəyişmə ilə həm xoşlanmamaq, küskünlük kimi mənfi hissləri, həm də zövq, sevinc və maraq kimi müsbət hissləri bildirərlər.
Quşlar üz ifadələrini istifadə edərək çevrələrinə müxtəlif mesajlar verərlər. Üz ifadəsi, çənə yaxud dimdiyin hərəkətləriylə və ya başın üzərindəki tüklərin şəkliylə təmin edilər. Bəzi növlərdə gözün üstündəki tüklər də digər tüklərdən müstəqil olaraq hərəkət edərlər. Ayrıca, bir çox quş növü, dimdiklərini açaraq nümayiş edər; məsələn, əsmər qurbağa-ağız (frogmouth) quşu dimdiyini açaraq parlaq yaşıl rəngdə olan geniş ağız boşluğunu göstərər. Bu, quşun böyüklüyünü vurğulayar və olduğundan daha qorxulu görünməsini təmin edər. Digər bəzi quş növləri də təhdid ünsürü olaraq dimdiklərini açarlar, bunu edərkən ümumiyyətlə səs çıxarmazlar, lakin bəzən bu nümayişi şiddətli nəfəs səsləri ilə zənginləşdirərlər.
Görüldüyü kimi, quşlar qışqırıqlar, mahnılar və bədən dili -gözlərdə, kəkildə, dimdikdə, tüklərdə, qanadlardakı dəyişmə- sayəsində ünsiyyət qurarlar. Quşlar, sürülərindəki digər üzvlərlə, qonşuları və ya ailə fərdləri ilə ünsiyyət qurmaq üçün də çox müxtəlif səslər çıxararlar. Bu səslər, qısa sadə çağırışlardan heyrətlənəcək dərəcədə uzun və mürəkkəb mahnılara qədər fərqlidir. Bəzən quşlar müxtəlif vasitələr (ağacdələnlər) yaxud xüsusi tüklərdən (Amerikan ağacdələni) istifadə edərək səslər çıxararlar.
Bu səbəbdən quşlarda ünsiyyət dediyimiz zaman bu ifadə, müəyyən bir növün fərdləri arasındakı görmə, eşitmə və qoxuya əsaslanan ünsiyyətlərini də əhatə edir. Qoxu sistemi zəif olan quşlar, təməl olaraq səs və görmə ilə ünsiyyət qurarlar. Görmə qabiliyyətləri zəif olduğunda, məsələn, gecə yaxud sıx yarpaqlarla örtülü bölgələrdə səsdən istifadə etmək faydalıdır. Uzaq məsafələr üçün isə səsli mesajlar ən ideal xəbərləşmə üsuludur. Əgər şərtlər uyğundursa, quşlar mahnıları bir neçə kilometrlik məsafədən eşidilə bilərlər.

Mahnı oxuma bacarığından əlavə, boz Afrika tutuquşusu Alex nümunəsində gördüyümüz kimi, quşların, insanlarla paylaşdığı qavrama və ünsiyyət bacarıqları da vardır. Bəzi vəziyyətlərdə uşaq bağçası dövründəki uşaqlar ilə eyni bacarıqlar sərgiləyər, ictimai təsir yoluyla söz qurmağı və insan ünsiyyətinə aid ünsürləri öyrənərlər. Bu tutuquşular tək qaldıqlarında səs oyunları keçirərlər və insanların olduqları mühitlərdə mövcud danışma ardıcıllıqlarından yenilərini yaratmaq üçün səsləri birləşdirərlər. Bu canlılara bu bacarıqları verən, yerdə və göydəki hər şeyi yaradan və onları bir-birindən üstün xüsusiyyətlərlə təchiz edən Allahdır. Bu səbəbdən, ətrafımızda gördüyümüz üstünlüklərə və gözəlliklərə olan təriflərimiz, tərifə layiq olan Allaha aiddir.