Danışan quşlar üzərində aparılan təcrübələr

Harvard Universitetindən Prof. Irene Pepperberg, boz Afrika tutuquşunu (psittacus erithacus) üzərində apardığı təcrübələrlə, Allahın danışan quşlara verdiyi fövqəladə qabiliyyətlərin bir qismini ortaya çıxarmışdır.
Irene Pepperberg və yoldaşları bu işlər əsnasında Alexə, mənasız söz yaxud cümlələri təkrarlamaq yerinə, sadə amma mənalı söhbətlər etdilər. Məsələn, bir adam "açar haradadır?" deyə soruşur və digəri də açarı qaldıraraq "açar buradadır" deyirdi. Birinci adam, "açar nə rəngdədir?" deyə soruşduğunda digər adam rəngini söyləyirdi. Eyni işi fərqli kateqoriyalarda, forma və məzmun baxımından da təkrar etdilər. Bu işlərin ardından Alex sözləri yerli-yerində istifadə etdiyində istədiyi bir şey ona verilir və ona yaxşı bir quş olduğu deyilirdi. Bu təhsillə Alex, daha əvvəl də ifadə etdiyimiz kimi, 100 cismin ad, forma, rəng və quruluşu haqqındakı suallara doğru cavab verməyi öyrəndi. Alex, təcrübə aparan kəslərin özünə nə dediyini anlayır və onlarla mənalı bir şəkildə danışırdı. Bunu, danışan iki adamı müşahidə edərək bacarmışdı. Çox vaxt yanında sistemli olaraq bir-birlərinə sual verən iki adamı dinlədi. Bir müddət sonra, "məni qaşıyın", "popkorn istəyirəm" kimi istəklərini dilə gətirməyə başladı. Əgər istədiyi yeməkdən fərqli bir şey verilsə, bunu rədd edir və istəyini təkrarlayırdı. Müəyyən yerlərə aparılmağı istəyirdi. Məsələn, "məni stulun yanına aparın" deyir, əgər səhv yerə aparılsa, aparan adamın qolundan enmir və istəyini təkrar edirdi.
Bir başqa təcrübədə isə Alexə, bir nimçə içində 7 maddə -məsələn, bənövşəyi açarlıq, sarı odun, yaşıl dəri, mavi kağız, narıncı dirək, boz qutu, qırmızı yük maşını- göstərilib hansı bozdur deyə soruşulduğunda, Alex yeddi cismə də diqqətlicə baxıb "qutu" deyə cavab verirdi. Sonra podnosa qırmızı üçbucaq kağız və mavi üçbucaq taxta qoyularaq hansının eyni olduğu soruşulduğunda "forma" deyə cavab verirdi. 
Tutuquşuların və digər danışan quşların qabiliyyətləri üzərinə aparılan tədqiqat və təcrübələr Alex ilə məhdudlaşmır. Heyrətləndirəcək nümunələrdən biri də, Mavi quş adlı kiçik bir tutuquşudur. Bu quş, işlərə başlandıqdan sonra bir neçə həftə içində sözlərlə mənalı bir şəkildə danışmağa başlamışdır. Mavi quş, istədiyi şeyləri aydın şəkildə soruşmağı öyrənmişdi. Qəfəsinin yaxud başqa hər hansı bir qapının açılmasını istədiyində "qapını açın", birinin yediyi şeyi yemək istədiyində "bir az götürə bilərəm?", duş almaq üçün kranın açılmasını istədiyində "duş al" kimi ifadələr istifadə edirdi.
Mavi quşa sözlər birbaşa olaraq, yaxud şəkillərlə öyrədilməmişdi. Bunun yerinə təlimatçısı Sheryl C. Wilson, quşa sanki anlayırmış kimi sözləri yavaşca və yerli-yerində söyləyirdi -məsələn, qəfəsinin qapısını açdığında "qapını aç" demək kimi. Bu metodla quş, qısa bir müddətdə bu sözləri deyilməli olan yerlərdə söyləməyə başladı:
"Necəsən?", "Nə edirsən?", "Hara gedirsən?", "Salam", "Sabahınız xeyir", "Gecəniz xeyrə qalsın" və "Yatağan kiçik quş". Ayrıca, sahibinin "Aşağı en", "Xahiş edirəm qəfəsinə get", "Xeyr" kimi istəklərini anlayır və onlara əməl edirdi. Və sahibi onu nə vaxt çağırsa, ona doğru uçurdu.
Bütün bu məlumatlar, bir qisim quşların da insanlar kimi ümumi yaxud mücərrəd anlayışlar istifadə edə bildiyini, keçmiş məlumatları yaddaşlarında saxlayıb xatırlaya bildiklərini ortaya qoyur. İnsanların istifadə etdikləri səsləri təqlid etməyə anatomik quruluşları uyğun olan tutuquşular kimi, digər bəzi quşlar da insanlarla mənalı şəkildə danışa billir. Şübhəsiz bunlar, Allahın yaratmasındakı elm və ağılın bir göstəricisi olaraq bizi düşünməyə sövq edir. Quşları danışma, təqlid etmə kimi müxtəlif qabiliyyətlərlə yaradan Allahdır. Allahın diləməsi ilə bu heyvanlar, öz beyin tutumlarından gözlənilməyəcək ölçüdə üstün bir qabiliyyət göstərir və insanları heyrətə salacaq davranışlar sərgiləyirlər. Təbiətdə olan bu və bənzər minlərlə nümunə, insanların Allahın gücünü və qüdrətini bir daha görmələrinə vasitəçi olur və Allahı lazımı şəkildə tanımayan bir çox insanın yaradılış həqiqətini düşünməsini təmin edərkən, iman edənlərin imanlarının daha da güclənməsinə vəsilə olur.
Allah, göydə və yerdə olan saysız yaradılış dəlili üzərində düşünməyimizi əmr etmişdir. Ancaq unudulmamalıdır ki, yalnız vicdanının səsini dinləyən insanlar bu açıq dəlilləri görə biləcək və Allahın izniylə bunların mənasını qavraya biləcəklər:

Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur. Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik. Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə belə etdik.. (Qaf surəsi, 6-8)