Səs təqlidi edən quşlardakı yüksək şüur

Quşlar və xüsusilə də "səsləri təqlid edən quşlar" olaraq təyin etdiyimiz qrup, çox heyrətləndirici təqlid qabiliyyətinə malikdir. Bu qabiliyyət, bəhs edilən canlıların müəyyən bir şüura sahib olduqlarını göstərir. Çünki quşların təqlid qabiliyyətlərini istifadə etmələri üçün təqlid edəcəkləri şeyi qavramaları, deyilən sözlərdəki vurğuları, intonasiyaları, müddəti çox diqqətlə dəyərləndirməli, sonra da bəzi nizamlamalar etməlidirlər. Bundan əlavə, quşun eşitdiyi səsi unutmaması, bu səsi qeyd edəcəyi, lazım olduğunda xatırlayacağı güclü bir yaddaşı olmalıdır.
Bu nöqtədə unutmamaq lazımdır ki, təqlid, zəka və şüur sahibi insanların belə demək olar ki, müvəffəqiyyətli ola bilmədikləri bir bacarıqdır. İnsanların eşitdikləri mahnıları və ya səsləri orijinalının eynisi olacaq şəkildə təqlid etmələri olduqca çətindir. Hətta belə yaxşı təqlid qabiliyyəti olan insanlar, cəmiyyət içində zəka və müşahidə bacarıqları ilə ön plana çıxarlar; təqdir görərlər. Tutuquşular isə bir çox insanın bacara bilmədiyi və yaxud çətinlik çəkdiyi təqlid qabiliyyətlərini heç çətinlik çəkmədən istifadə edərlər. Bu da onların sahib olduğu "şüurun" bir əlamətidir.
Ancaq burada ifadə edilməlidir ki, quşların sahib olduğu "şüur" insanın şüuruna bənzəməz. İnsan, düşünmə, müqayisə etmə, anlama, öyrənmə, öyrəndiklərindən nəticə çıxarma, sahib olduğu məlumatları istifadə edərək yeniliklər əldə etmək kimi, heç bir canlının sahib olmadığı qabiliyyətlərə malikdir. Üstəlik, insan Allahın, etdiyi hərəkətlərdən məsul tutduğu bir varlıqdır. Allah bir ayəsində belə bildirmişdir:

 

Əməl baxımından hansınızın daha yaxşı olduğunu sınamaq üçün göyləri və yeri altı gündə yaradan Odur… (Hud surəsi, 7)

 

Ayədə də bildirildiyi kimi, insan Allaha qarşı məsuldur. "Sonra onu düzəldib müəyyən şəklə saldı və ona Öz ruhundan üfürdü, sizə qulaqlar, gözlər və ürək verdi..." (Səcdə surəsi, 9) ayəsində bildirildiyi kimi, insan Allahın "ruh" verdiyi bir varlıqdır və dünyada etdiklərinin hesabını verəcək. Quşlar (və digər heyvanlar) isə bu məsuliyyətə sahib deyil. Onlar yalnız Allahın özlərinə ilham etdiyi vəzifələri yerinə yetirər və Allahın uca qüdrətinə şahid olmağımıza vəsilə olarlar. Allah bir ayəsində belə bildirmişdir:

 

Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd-sənasını bilir. Allah onların nə etdiklərini bilir.
(Nur surəsi, 41)