Səs təqlidi edən quşlar təkamülçü iddiaları etibarsız edir

Təkamül nəzəriyyəsinin, digər bütün sahələrdə olduğu kimi quşların təkamülü mövzusundakı iddiaları da ziddiyyətlərlə doludur. Təkamül nəzəriyyəsinin müdafiəçiləri tədqiqat və tapıntılarının nəticələrinə görə deyil, bəzi fərziyyələr və ön qəbullar istiqamətində iddialar irəli sürür. Təkamül nəzəriyyəsinin məntiqsizlikləri, ziddiyyətləri bir çox kitabımızda elmi dəlilləriylə təqdim edilmiş, iddialarının etibarsızlığı təkamülçülərin öz etiraflarıyla gözlər önünə sərilmişdir (Ətraflı məlumat üçün baxın. Həyatın gerçək mənşəyi, təkamül yalanı, 20 sualda təkamül nəzəriyyəsinin çöküşü, Harun Yəhya). Bu səbəbdən, bu kitabda sadəcə quşların, müxtəlif fiziki xüsusiyyətləri və səs təqlidi qabiliyyətləri ilə təkamül iddiaları əleyhinə necə dəlil meydana gətirdikləri mövzusuna toxunacağıq.

Səs təqlidi etməyi öyrənən quşlar xəyali təkamül ağacını alt-üst edir

Darvin, növlərin müxtəlifliyini açıqlamaq üçün xəyali bir soy ağacı çəkmiş, bütün canlıların ortaq bir atadan gəldiklərini və bir-birlərindən törəyərək növlərə ayırıldıqlarını irəli sürmüşdü. Ancaq, təkamül nəzəriyyəsinin onurğa sütunu olduğu iddia edilən bu xəyali həyat ağacı, istər paleontologiya sahəsindəki, istərsə də molekulyar səviyyədəki tapıntılar nəticəsində alt-üst olmuşdur.
-cü hu xəyali soy ağacını bir çox baxımdan etibarsız edən əhəmiyyətli nümunələrdən biri də təqlid və danışıq qabiliyyətinə sahib quşlardır.

 

1. Səs təqlidi edən üç quş qrupu –oxuyan sərçələr, tutuquşular və kolibrilər - aralarında qohumluq qurulamadığı halda, oxşar fiziki və zehni xüsusiyyətlərə sahibdirlər:
Təkamülçülərə görə quruluş və zehni bənzərliklər səbəbiylə, oxuyan sərçələr, tutuquşular və kolibrilərin ortaq bir atadan gəlmələri zəruridir. Ancaq bu quş kateqoriyaları təkamülçülərin fərz etdiyi soy ağacına görə bir-birindən çox fərqli qollarda yer alır və aralarında hər hansı bir qohumluq yoxdur. Üstəlik, belə bir ortaq ata, nə fosil qeydlərində tapılmış, nə də bu quş növlərinə yaxın digər növlərdə oxşar bir xüsusiyyətə rast gəlinmişdir. Bu səbəblə təkamülçülər, təkamül ağacına görə bir-birlərindən çox uzaq olan bu fərqli quş kateqoriyalarının nə cür çox mürəkkəb bir xüsusiyyət olan danışıq və səs təqlid etmə qabiliyyətinə sahib olduqları mövzusunda cavabsız qalırlar.
Aparılan tədqiqatlar isə, təkamülçüləri getdikcə çıxılmaz vəziyyətə salır. Məsələn, 1990-cı ildə kolibri olaraq bilinən Anna (Calypte anna) bir quş növü üzərində aparılan təcrübələrdə, erkəklərin bir-birlərinin ötüşlərini təqlid etdikləri təsbit edilmişdi. Bu vəziyyət, kolibrilərin mahnıları öyrənə bildiyini göstərən bir dəlil idi. Səs təqlidi edən quşlar üzərində aparılan tədqiqatlar nəticəsində elm adamları, mahnı oxuyan kolibrilərin beyinlərinin yeddi ayrı bölgəsinin aktiv hala gəldiyi nəticəsinə vardılar. Bu, oxuyan sərçələr və tutuquşulardakı quruluşla çox bənzəyirdi.
Kəşf edilən bu həqiqət, canlılar arasındakı saxta təkamüllü mərhələlər baxımından çox böyük problemlər meydana gətirmişdir. Səsləndirmə edə bilən quş cinslərinin ötüşləri, genetik olaraq mövcud olmuş, sonradan öyrənilməmiş səsləri ehtiva edir. Ancaq bunların içindən sadəcə üç quş kateqoriyası –oxuyan sərçələr, tutuquşular və kolibrilər- yetkinlərindən mahnı öyrənmə və bunları doğru bir şəkildə təkrar etmə qabiliyyətinə sahibdir. Araşdırmanın redaktoru Duke Universiteti Tibb Mərkəzi neyrobioloqlarından olan Erich Jarvisə görə bu cür səsli öyrənmə şəkli, insanların danışmağı öyrənmə prosesinə çox bənzəyir. Bu tədqiqatın təəccüblü olması, səs öyrənmə (vocal learning) bacarığına sahib olan quşların, saxta təkamüllü sxemə görə çox fərqli uclarda olmalarından qaynaqlanır. Üstəlik, təkamülçülər tərəfindən bu quşların guya yaxın qohumları olduqları iddia edilən quşların heç biri bu cür oxşar mahnıları öyrənə bilmir.
Bu mövzu ilə əlaqədar iki təkamülçü ssenari var: Birincisi, bütün quşların zəruri beyin strukturlarına sahib olan ortaq bir atalarının olduğu və necə oldusa sadəcə müəyyən quş cinslərinin səsləri öyrənmə qabiliyyətini təkmilləşdirdiyidir. Digər cinslərin isə bunu bacara bilmədikləri və zamanla bu qabiliyyətlərini itirdikləri şəklindədir. Ancaq bir çox təkamülçüyə görə belə, bu ssenari etibar ediləcək növdən deyil. Məşhur neyrobioloq Erich Jarvisə görə, quşlarda və məməlilərdə bu xüsusiyyətin bir neçə dəfə itirilməsi və qazanılmasının qeyri-mümkün olduğu görünür. Jarvis, əgər bu cür inkişaf etməmiş beyin strukturları varsa, bunların niyə sürünənlərdə və dinozavrlarda da olmadığını soruşur.
Təkamülçülərin qarşıya qoyduğu ikinci ssenari isə, bu üç cinsin beyinlərindəki öyrənmə strukturlarının bir-birlərindən müstəqil olaraq təkamülləşməsidir. Heç bir elmi əsası olmayan bu iddia, quşlardakı bu qabiliyyətin necə ortaya çıxdığı, nəsildən-nəsilə necə keçdiyi, bu qabiliyyət üçün zəruri fizioloji quruluşun necə meydana gəldiyi kimi ən fundamental sualları açıqlaya bilmir. Əlbəttə, təkamülçülərin biri üçün irəli sürə biləcəkləri uyğun bir açıqlama yoxkən, "üç quş növü ayrı-ayrı təkamülləşmişdir" demələrinin məqbul bir tərəfi yoxdur. Çünki təkamülün açıqlaya bilmədiyi bu hadisələr zəncirinin, təsadüflərin əsəri olaraq 3 ayrı canlıda, 3 ayrı proses içində reallaşması, digər bir sözlə, kor və şüursuz təsadüflərin 3 ayrı möcüzəvi bir müvəffəqiyyət əldə etməsi mümkün deyil.
Elmin ortaya qoyduğu həqiqətlər, təkamülçülərin bu mövzudakı çarəsizliklərini də gözlər önünə sərir. Erich Jarvis, əldə edilən elmi tapıntılar qarşısında düşdüyü vəziyyəti belə dilə gətirir:
... quşlar bizim dəbdən düşmüş təkamül anlayışlarını ... təkrar düşünməyimiz üçün bizə meydan oxuyur. Təhsilimiz boyunca bizə bu mərhələli təkamül anlayışı aşılandı... Bizə onurğalıların soxulcana bənzər canlılardan yaranıb balığa, amfibiyalara, sürünənlərə, quşlara, məməlilərə və digərlərinə təkamülləşdiyi və yaşayan onurğalıların bu vücud planı və beyin tutumundakı mərhələləri təmsil etdiyi deyildi. Və məməlilərin bir dəfə meydana gəldikdən sonra bunların primatlara və sonra iyerarxiyanın sonunda olan insanlara təkamülləşdiyi deyildi. Lakin onurğalıların soy ağacında bir-birlərindən geri və ya irəli olduqları istiqamətindəki düşüncə qətiyyən səhvdir.
Təkamülçülərin bel bağladıqları soy ağacı, canlılar arasında qurulmaq istənən məcburi bir bağdır. Canlılar arasındakı bənzərliklər təməl alınaraq çəkilən bu ağac, həqiqətdə heç bir elmi zəminə əsaslanmır. Bunun qaçınılmaz bir nəticəsi olaraq bu saxta təkamüllü soy ağacı, ziddiyyətlərlə doludur. Bu ziddiyyətlərə bir nümunəni də səs təqlidi edən quşlar meydana gətirir. Bu soy ağacına görə çox fərqli qollarda olan üç canlı növü, çox mürəkkəb bir xüsusiyyətə malikdir və üçündə də beyinlərinin eyni yeddi bölgəsi səsləndirmənin öyrənilməsində təsirlidir. Görüldüyü kimi, canlılar arasındakı bənzərliklər təkamülə dəlil meydana gətirməz. Bu səy, elm adına edilən şərhlərdən başqa bir şey deyil.

 

Əgər canlıların ortaq atadan gəldikləri isbat edilmək istənilirsə, bir mexanizm göstərilməlidir, ancaq belə bir mexanizm yoxdur

Canlıların ortaq bir atadan gəldikləri iddiası sübut edilmək istənilirsə, buna dəlil olaraq canlılar arasındakı bənzərliklərdən istifadə edilməsi yetərli deyil. Bu iddianı sübut etmək üçün bir mexanizmin ortaya qoyulması daha doğru olacaq. Halbuki, belə bir mexanizm hələ ortaya qoyulmamışdır. Məsələn, yarasaların ulu ataları olan siçan və ya bir növ meymunun qolu hansı mexanizmlər çərçivəsində və necə qanada çevrilmişdir? Ya da it bənzəri bir heyvanın ayaqları hansı mexanizmlə, necə olur ki, balina üzgəcinə çevrilmişdir? Təkamül nəzəriyyəsinə görə bunu reallaşdırmalı olan iki mexanizm təbii seleksiya və mutasiyadır. Ancaq bu iki mexanizm, müəyyən bir təkamül müddəti içindəki ara keçid mərhələlər canlıya fayda təmin edirsə, məna daşıyar. Halbuki bəhs etdiyimiz orqanların əskik formaları canlılara bir fayda təmin etməz, əksinə onları şikəst hala gətirərək əlverişsizliyə səbəb olarlar. Bu səbəbdən, canlıların kompleks orqanlarını meydana gətirə biləcək, bu orqanlara qarşılıq gələn genetik məlumatı çıxaracaq bir təbiət mexanizmi yoxdur.

 

Təbiətdə bir çox canlının quruluşları bir-birinə bənzəyir. Ancaq bunların ortaq atadan gəldikləri iddia edilmir

Təbiətdə bir çox canlının orqanları bir-birinə bənzəyir, ancaq təkamülçülər bunların ortaq atadan gəldiklərinə dair hər hansı bir iddia edə bilmirlər. Məsələn, osminoqların gözləri və insanların gözləri bir-birlərinə çox bənzəyir, ancaq bu orqanlar təkamülçülərə görə ortaq mənşədən gələn bənzər strukturlar (yəni "homoloq") deyildirlər. Həm milçəklərin, həm də quşların qanadları vardır, ancaq bunlar yenə homoloq olaraq xarakterizə edilmirlər. Təkamülçülərin böyük bənzərliklər daşıyan bu canlılar arasında təkamüllü qohumluq iddia edə bilməmələrinin səbəbi, fosil qeydlərinə və morfologiyaya görə çıxarılan təkamül ağaclarında bu canlıların bir-birlərindən çox uzaq düşmələridir. Təkamülçülər bu səbəblə, bu orqanları "homoloq" deyil, "analoq" (yəni aralarında ortaq mənşə olmamasına baxmayaraq bənzər) strukturlar olaraq təsvir edirlər. Ancaq bəzi bənzər strukturlar "analoq" ola bilirsə, niyə hamısı belə olmasın? Bu suala qarşı təkamülçülərin gətirə bildikləri əsaslı bir cavab yoxdur.
Bunu bir cavabla deyil, xəyali bir anlayış qarşıya qoyaraq ötürməyə çalışarlar. Anlayışın adı "paralel təkamül"dür. Paralel təkamül, bir-birləriylə təkamüllü əlaqə içində olmayan, ancaq zaman içində bənzər xüsusiyyətləri qazanmış olduğu iddia edilən canlılara və orqanlara ətf edilər. Məsələn, osminoqlar -onurğasız və bu səbəbdən təkamülçülərə görə ibtidai canlılar olmalarına baxmayaraq- inkişaf etmiş məməli it qədər ağıllıdırlar. Burada "zəka" amilinin, bir-birindən ayrı-ayrı inkişaf etdiyi iddia edilir və bu xəyali fakt təkamülçülər tərəfindən "paralel təkamül" olaraq xarakterizə edilir. Halbuki, əslində osminoqlar, təkamülə görə ibtidai canlılar olmaları səbəbiylə zəka səviyyələri çox aşağı canlılar olmalı idilər. Bir başqa nümunə isə uçmaq bacarığıdır. Bəzi məməlilərin, milçəklərin, quşların və soyu tükənmiş sürünənlərin qanadları vardır; yəni uçma ən az 4 dəfə ayrı-ayrı canlı qollarında təkamüllə ortaya çıxmışdır. Yaxşı, görəsən niyə bu canlı qrupları ayrı-ayrı təkamül yollarından eyni nəticəyə gəlmişlər? Bu tamamilə ayrı canlı qruplarının təsadüfi təkamül prosesi içində eyni orqan quruluşlarına çatmaları mümkündür? Niyə təsadüflər hər dəfə eyni "ortaq dizayn"ı izləyəcəklər? Bütün bu suallar təsadüf açıqlamasının axmaq olduğunu və canlılardakı ortaq dizaynın, ancaq ortaq bir dizaynerin varlığıyla, yəni Allahın yaratmasıyla açıqlana biləcəyini göstərir.

 

Molekulyar dəlillər, bənzərliklərin ortaq atayla açıqlana biləcəyi iddiasını çürüdür

Təkamül nəzəriyyəsinin canlılardakı bənzər quruluşlar mövzusundakı iddialarını çürüdən ən əhəmiyyətli dəlillər isə, molekulyar biologiyadan gəlir.
Canlıların orqanlarını kodlaşdıran genlərin quruluşu açılmazdan əvvəl, bənzər orqanların ortaq bir atadan gəldiyi iddiası təkamülçülər tərəfindən məqbul göstərilirdi. Ancaq genlər haqqındakı məlumatlar artdıqca, bənzər orqanları kodlaşdıran genlər müqayisə edilməyə başlandı və bu orqanların çox vaxt çox fərqli genlər tərəfindən nəzarət edildiyi ortaya çıxdı. Bu, ortaq ata iddiasına öldürücü bir zərbə idi.
Bu zərbənin əhəmiyyətli bir nümunəsi, quruda yaşayan onurğalıların hamısında rast gəlinən "beş barmaqlı" (pentadactyl) əl quruluşu haqqında ortaya çıxan həqiqətərdir.
Bir qurbağanın, kərtənkələnin, sincabın yaxud meymunun əl və ayaqları beş barmaqlıdır. Hətta quşların və yarasaların sümük quruluşları da bu təməl dizayna uyğundur. Təkamülçülər isə bütün bu canlıların tək bir ortaq atadan gəldiyini iddia edirlər və beş barmaqlılıq faktını da uzun zaman buna dəlil saymışlar.
Halbuki bu gün təkamülçülər belə, aralarında heç bir təkamüllü əlaqə qura bilmədikləri fərqli canlı qruplarında beş barmaqlılıq xüsusiyyəti olduğunu qəbul edirlər. Məsələn, təkamülçü bioloq M. Coates, 1991- 1996-cı illərində nəşr etdiyi iki ayrı elmi məqaləylə, beş barmaqlılıq (pentadactyl) faktının, bir-birindən müstəqil olaraq iki ayrı vaxtlarda ortaya çıxdığını ifadə edir. Coatesə görə, beş barmaqlı quruluş, həm anthracosaurlarda, həm də amfibiyalarda bir-birindən müstəqil olaraq ortaya çıxmışdır. Bu tapıntı, beş barmaqlılıq faktının "ortaq ata" fərziyyəsinə dəlil meydana gətirə bilməyəcəyinin bir göstəricisidir.
Beş barmaqlılıq homologiyası mövzusundakı təkamül iddiasına əsl zərbə isə, başda ifadə etdiyimiz kimi molekulyar biologiyadan gəlmişdir. Təkamülçü nəşrlərdə uzun zaman müdafiə olunan "beş barmaqlılıq homologiyası" fərziyyəsi, bu barmaq quruluşuna sahib (pentadactyl) olan fərqli canlılarda, barmaq strukturlarının çox fərqli genlər tərəfindən nəzarət edildiyi aydın olduğunda çökmüşdür. Təkamülçü bioloq William Fix, bunu belə izah edir:
Təkamül mövzusunda homologiya fikrinə tez-tez müraciət edən köhnə dərs kitablarında, fərqli heyvanların skeletlərindəki ayaqların quruluşu üzərində xüsusilə dayanılırdı. Bu səbəbdən, bir insanın qolunda, bir quşun qanadlarında və bir yarasanın üzgəclərində olan pentadactyl (beş barmaqlı) quruluş, bu canlıların ortaq bir atadan gəldiklərinə dəlil sayılırdı. Əgər bu fərqli quruluşlar, mutasiyalar və təbii seleksiya tərəfindən zamanla dəyişdirilmiş eyni gen-kompleksi tərəfindən idarə olunsaydılar, bu nəzəriyyənin də bir mənası olacaqdı. Amma çox təəssüf ki, vəziyyət belə deyil. Homoloq orqanların, fərqli növlərdə tamamilə fərqli genlər tərəfindən idarə olunduğu artıq bilinir. Ortaq bir atadan gələn bənzər genlər üzərinə qurulmuş olan homologiya anlayışı çökmüş vəziyyətdədir.

 

2. Səsləri təqlid etməyi öyrənə bilən quşlar, beyin strukturlarını təyin edən genlər baxımından insanla bənzərlik təşkil edir:
Təkamülçülər genetik bənzərliklərin təkamüllü qohumluqdan qaynaqlandığını irəli sürərlər. Ancaq bu mövzu bütünlüklə araşdırıldığında "biokimyəvi bənzərliklərin" təkamül nəzəriyyəsini dəstəkləmək bir tərəfə, təkamül iddialarının onurğa sütununu meydana gətirən saxta təkamül soy ağacını etibarsız etdiyi aydın olmuşdur. (Ətraflı məlumat üçün baxın. DNT-dəki yaradılış möcüzəsi, Harun Yəhya)
Molekulyar müqayisələrin təkamül nəzəriyyəsi lehinə deyil, əleyhinə nəticələr verdiyi, 1999-cu ildə “Science” jurnalında nəşr olunan "Is It Time to Uproot the Tree of Life?" (Həyat ağacını sökmə zamanıdır?) başlıqlı bir məqalədə ifadə edilmişdir. Elizabeth Pennisi imzalı məqalədə, darvinist bioloqların "təkamül ağacını" işıqlandırmaq üçün icra etdikləri genetik analiz və müqayisələrin tam əksinə nəticə verdiyi ifadə edilmiş, "yeni məlumatların təkamül cədvəlini qaraltdığı" ifadə edilmişdir:
Bir il əvvəl, bir düjündən çox mikroorqanizmin yeni sıralanmış genomlarını araşdıran bioloqlar, bu məlumatların həyatın erkən zamanlarının tarixi haqqındakı qəbul edilmiş cizgiləri dəstəkləyəcəyini ümid etmişdilər. Amma gördükləri şey onları çaşbaş saldı. O an mövcud olan genomların müqayisə edilməsi, nəinki həyatın böyük qruplarının necə ortaya çıxdığına dair cədvəli aydınlatdı, onu daha da qarışıq hala gətirdi. Və indi, əldə olan 8 yeni mikrobial düzülmə ilə birlikdə, vəziyyət daha da qarışıq bir hal aldı...
Bir çox təkamülçü bioloq, həyatın başlanğıcını üç təməl aləmdə tapa biləcəklərini düşünürdülər... Tamamilə DNT düzülmələri, başqa cür genlərin müqayisə edilməsinin yolunu açdığında, tədqiqatçılar sadəcə bu ağaca daha çox təfərrüat əlavə edəcəklərini ümid edirdilər. Amma  Claire Fraser, Rockville Marylanddakı The Institute for Genomic Researchın başçısı "heç bir şey həqiqətdən bu qədər uzaq ola bilməzdi" deyir. Əksinə, (genetik) müqayisələr, həm RNT ağacıyla, həm də bir-birləriylə ziddiyyət içində olan bir çox fərqli həyat ağacı versiyanı ortaya çıxardı.
Qısacası, canlılar molekulyar səviyyədə araşdırıldıqca, təkamül nəzəriyyəsinin homologiya fərziyyələri bir-bir çökür. Amerikalı molekulyar bioloq Jonathan Wells, 2000-ci il çapı olan kitabında vəziyyəti belə yekunlaşdırır:
Fərqli molekullar üzərinə qurulan ağaclardakı uyğunsuzluqlar və molekulyar analizlər nəticəsində ortaya çıxan qəribə nəticələr, indi molekulyar filogenini böhrana sürümüş vəziyyətdədir.
Son illərdə quşların genetik quruluşu üzərinə aparılan tədqiqatlar da, təkamülçülərin genetik bənzərlik iddiasını tərsinə çevirir. Bunlardan biri, məşhur neyrobiyoloq Erich Jarvis və iş yoldaşlarının tapıntılarıdır. Jarvis və qrupu quşların səsləndirməni necə öyrəndiklərini anlaya bilmək üçün 30-dan çox kolibri növü olan Braziliyada, 12 kolibrinin beyinini araşdırdılar. Quş, mahnı oxuduğunda aktiv hala gələn genin hərəkətini araşdırarkən, "zenk" adı verilən bir genin bu quşların beyinlərinin yeddi ayrı mərkəzində aktiv olduğu təsbit edildi. Bu xüsusiyyətin yalnız kolibrilərdə deyil, tutuquşularda və oxuyan sərçələrdə də olduğu ortaya çıxdı.
Bu məlumatlar əsasında elm adamları, insan və quş beyinləri arasında daha çox müqayisə etməyə başladılar. Ancaq insanlarla şimpanzelər arasındakı genetik bənzərlikləri təkamülə dəlil kimi təqdim etmək istəyən təkamülçülər, özləri üçün əleyhinə dəlil meydana gətirən istiqamətlərdə iş görülməsindən narahat oldular. Çünki indiyə qədər bu mövzuda edilən müqayisələr, meymunla insanın ortaq atadan gəldiyi nağılını dəstəkləmək üçün edilən şərhlər idi. Quş və insanlar arasında genetik bir bənzərlik qurulması, təkamülçülərin bu günə qədər irəli sürdükləri saxta dəlilləri bir daha etibarsız etdi. Necə ki, özü də bir təkamülçü olan Erich Jarvis, təkamülçülərin baxış aspektindən qaynaqlanan və həqiqi araşdırmaları əngəlləyən bu doqmatik yanaşmanın, araşdırmalarını edərkən özü üçün əhəmiyyətli bir çətinlik meydana gətirdiyini belə ifadə edir:
İnsanlar və oxuyan sərçələr arasındakı əsl fərq, məməlilərin və quşların ümumi quruluş bənzərliyi xaricində, beyinin insanlarda quşlardan daha çox olmasıdır. Quşların beyinlərindəki səsləri təqlid edə bilmə quruluşları və insan beynindəki dil quruluşları arasındakı paralellik fərziyyəsini açıqlaya bilmək üçün əvvəlcə bunların beyinlərinin o qədər fərqli olduğunu iddia edən yüz illik doqmanı aşa bilməliyəm.
Təkamülçülərin bu narahatlığının səbəbi, bir kolibri ilə insan arasında ortaq ola biləcək bir genin, homologiya anlayışı ilə ziddiyyət təşkil edərək təkamül əleyhinə dəlil meydana gətirməsidir. Bu səbəblə, bu mövzudakı bir məlumatın ortaya çıxması mövzusunda istəksiz davranırlar. Halbuki, bu sahədə ediləcək araşdırmaların əsaslandırıcı olacağından Jarvis belə danışır:
Kolibri qədər insanlardan uzaq görünən bir canlı üzərində aparılan bu cür genetik təcrübələr bizim insan dilini anlamağımıza köməkçi olur... Bu DNT parçalarında danışan quşların beyinlərindən alınan genlərin 70-80%-ində insanlar və məməlilər ilə ortaq bənzərlik göstərən cəhətlərin olduğunu tapırıq.
Darvinistlərin təkamül nəzəriyyəsiylə əlaqədar fəaliyyətləri, işlərinə yaraya biləcəyini düşündükləri məlumatları bəzi media orqanlarının dəstəyi ilə təkamül dəlili kimi təqdim etməkdən başqa bir şey deyil. Hər sahədə olduğu kimi genetik bənzərliklər mövzusunda da yanlış məlumatlar verir, öz əleyhlərinə gördükləri məlumatları gündəmə gətirməməyə çalışır, qəsdli istiqamətləndirmələr edirlər. Molekulyar səviyyədə aparılan tədqiqatlar tərəfsiz olaraq qiymətləndirildiyində isə ortaya çıxan gerçək çox açıqdır: Heç bir orqanizm bir başqasının "atası" deyil, digərindən daha "primitiv" yaxud "inkişaf etmiş" də deyil. Bütün canlıları Allah ayrı-ayrı ən əskiksiz şəkildə, bir-birindən qüsursuz sistemlərlə birlikdə yaratmışdır.

 Allah bu həqiqəti Quranda belə bildirir:

 

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.
(Həşr
surəsi, 24)