Quşların çağırış dili və mahnıları

Quşlar, çıxartdıqları güclü və yüksək tezlikli səslərlə bir-birlərini çağırarlar. Yalnız bir neçə quş növünün səsləri yoxdur: Qutanlar, leyləklər və bəzi ağbaş kərkəslər. Quşların öz aralarında istifadə etdikləri akustik səslər, çağırış dili meydana gətirər. Quşların mahnıları isə, bundan daha uzun sayıla biləcək, çox vaxt melodiyalar ehtiva edən bir sıra notdan meydana gələr. Mahnılar, ümumiyyətlə quşların öz aralarında özlərini bəyəndirməyə çalışmaqları ilə əlaqəlidir.
Çağırışlar, mahnılardan daha sadədir və hər iki cins tərəfindən də istifadə edilər. Quşların mahnıları demək olar ki, yazda eşidilərkən, çığırtıları isə il boyunca eşidilər. Quş çığırtıları böyük bir enerji sərf etmədən sadə bir mesajla sürətli ünsiyyəti təmin edir. Bu çağırışların başlıca funksiyaları belə sıralana bilər:
-        Quşun "növünü" təyin etmək
-        Quşun yerini müəyyən etmək
-        Bölgə təsbit edib oranı qorumaq
-        Qida qaynağı olduğunu bildirmək
-        Balalara valideynlərini tanıtmaq
-        Sürünü bir yerdə tutmaq
-        Düşmənin varlığı haqqında xəbərdar etmək
-        Düşmənləri qorxutmaq
-        Cinsiyyəti açıqlamaq
-        Özünü bəyəndirməyə çalışmaq
-        Yuvayla əlaqədar vəzifələrdə -bəsləmə yaxud kürt kimi- məsuliyyət dəyişikliyi etmək
-        Praktika edərək mahnını mükəmməlləşdirmək

Quşların mahnıları çox vaxt qeyri-sistematik çıxarılan səslər deyil. Quşların söylədiyi mahnılar müəyyən bir məna daşıyan, bir məqsədə əsaslanaraq oxunan melodiyalardır və fövqəladə müxtəlifliyə malikdir. Mahnılar, quşların çağırış və siqnaldan istifadə edərək səslənmələrindən daha çox kompleks bir hadisədir. Ümumiyyətlə, erkəklər tərəfindən göstəriş etmək, bölgəni müdafiə etmək və ya özünü bəyəndirməyə çalışmaq üçün istifadə edilir. Mahnıların ictimai bir funksiyası olduğu da düşünülür. Cütlər yuva inşa edərlərkən də mahnı yoluyla ünsiyyət qurarlar. Ayrıca, qəfəs quşları üzərində aparılan təcrübələr, ayrı qəfəslərdə olan quşların mahnı oxumağı öyrənməsini asanlaşdırdığını göstərmişdir.
Oxuyan sərçələrdə dişilər və erkəklər fərqli beyin quruluşlarına malikdir, xüsusilə də səs istehsalının olduğu sahələrdə. Bir çox oxuyan sərçələr arasında erkəklər mahnı oxuyarkən dişilər mahnı oxumazlar. Quş növlərində erkəklər yoldaşlarını çağırmaq yaxud bir ağac, dirək və ya naqili məskunlaşma sahəsi olaraq təyin etmək üçün "mahnı nöqtəsi"ndən istifadə edərlər. Hər quş növü özünə aid xarakterik bir mahnı oxuyar, lakin bu mahnılar yaş, cinsiyyət, coğrafi mövqe və ilin müəyyən zamanlarına görə müxtəliflik göstərər. Məsələn, çəmənlərdə yaşayan quş növləri "uçuş mahnıları"ndan istifadə edər. Yağmur meşələri kimi sıx bitkilərin, yaxud qalın qamışlıqların olduğu bölgələrdə yaşayan quşlar isə, yüksək səsə malikdir, çünki bitkilər görüntünü kəsdiyi qədər səsi də udarlar. Buna görə quşlar ümumiyyətlə, yaşadıqları mühitin quruluşuna uyğun olan mahnılardan istifadə edərlər.

Görüldüyü kimi, quşlar olduqları məkana və məqsədlərinə ən uyğun olan üsuldan istifadə edirlər. Hər quşun hansı mühitdə hansı mahnını söyləyəcəyini bilməsi, söyləyəcəyi mahnının məna və məqsəd daşıması bir quşun özünün hesablaya biləcəyi bir vəziyyət deyil. Ağıl və mühakimədən məhrum canlıların, bu cür ağıl və proqnoz əlaməti daşıyan davranışlar sərgiləmələri Allahın canlılara ilhamıdır. Allah hər canlını ehtiyacı olan xüsusiyyətlərlə yaradır və onlara ağıllı davranışlar ilham edir.