Quşların heyrətləndirici hafizələri

Səs təqlidi edən quşların bu qabiliyyətləri, eşitdikləri səsləri qeyd etmələri və xatırlamaları ilə düz mütənasibdir. Berlində olan Freie Universitetinin tədqiqat qrupu, bir quşun hər hansı bir səsi necə təqlid etdiyini araşdırarkən cavablandırılmalı olan nöqtələri belə ifadə edir:
İnsanlarda məşhur olan səs təqlidi, heyvanlarda olduqca nadir rast gəlinər. İndiyə qədər bu xüsusiyyət sadəcə bir neçə quş ailəsi (Məsələn, tutuquşular və bir qisim oxuyan sərçələr (oscines)) və bəzi məməlilər (Məsələn, dəniz məməliləri və yarasalar) üçün sənədləşdirilmişdir. Bu qabiliyyətin araşdırılması əsnasında fərdlərin əvvəlcə, bir sıra eşitmə baxımdan sınanmış siqnalı səsli olaraq əldə etmələri, sonra əzbərləmələri və sonunda təqlid etmələrinə imkan verən yaddaş mexanizmlərinin xüsusiyyətlərini araşdırırıq. Bioloji modelimiz, bülbüldür (Luscinia megarhynchos). Bu növün errkəkləri eşidərək öyrənə bilir və 200 fərqli mahnı növünü doğru səsləndirə bilir. Bu səbəblə, işimizin əsas məqsədi, bu quşların kompleks öyrənmə işinin öhdəsindən necə gəldiklərini və yaddaşlarındakı məlumatları təsirli şəkildə necə istifadə etdiklərini... ortaya çıxarmaqdır.
Quşlarda xatırlama qabiliyyəti heyrətamiz dərəcədə yüksəkdir. Müxtəlif qitələrdəki yazlıq və qışlıq evlərinin tam yerlərini xatırlamaqla deyil, həmçinin qışda istifadə etmək üçün yığdıqları bir çox şeyin tam yerini və daha əvvəl nektarını içdikləri xüsusi bitkilərin yerini də xatırlayırlar. Əslində bəzi quş növlərinin yaddaşı insan yaddaşından daha mükəmməldir. Gələn soyuq və qarlı qış şəraitində yaşaya bilmək üçün, bəzi quş növləri payız əsnasında minlərlə toxumu fərqli yerlərə basdırarlar və qışdan aylarla sonra hamısının yerlərini xatırlayarlar.
Şübhəsiz quşun "yaddaşa" və "öyrənmə" qabiliyyətinə sahib olması böyük bir möcüzədir. Eyni zamanda təkamülçülərin canlıların təkamülləşmə prosesi haqqındakı iddialarını təsirsiz hala gətirir. Təkamül nəzəriyyəsi, quşların eşitdikləri səsləri necə yaddaşlarında saxladıqlarını və sonra bunları necə yerli yerində istifadə etdiklərini açıqlamaqda acizdir. Belə bir yaddaşa necə sahib olduqları, təkamülçü izahlarla açıqlanması mümkün olmayan bir hadisədir. (Ətraflı məlumat üçün baxın. "Səs təqlidi edən quşlar təkamül iddialarını etibarsız edir" hissəsi)

Bir quşun beynində -kiçik bir ət parçasında- öyrəndiklərini qeyd edəcəyi bir sistemi öz-özünə qurması qeyri-mümkündür. Bu cür xüsusi bir quruluşun təsadüf əsəri quşun beynində meydana gəlməsi də mümkün deyil. Quşların yaddaşlarında səs və məlumatları qeyd edə bilmələri, Allahın bu canlılara verdiyi bir çox qabiliyyətdən yalnız biridir.