Səsləri təqlid etməyi öyrənən quşlar meymunlardan daha üstünbir zəka sərgiləyirlər

Daha əvvəl də ifadə etdiyimiz kimi, təkamülçülər qurduqları ssenarini meymunlarla insanların ortaq atadan gəldikləri şəklində təyin etmişlər. Ancaq heç bir elmi dəlilə əsaslanmayan bu ön qəbul ziddiyyətlərlə doludur və saxta təkamül soy ağacını bir başqa baxımdan daha etibarsız edir. Təkamülçülər, insanın ən yaxın qohumunun şimpanzelər olduğu fərziyyəsiylə yola çıxdıqları üçün, şimpanzelərlə insan arasında davranış baxımından da bənzərliklər qurmağa çalışarlar. Beləliklə, zəka baxımından insana ən yaxın canlının şimpanze olduğu təəssüratını verməyə çalışarlar. Halbuki, şimpanzenin insandan sonra ən ağıllı canlı olduğu fikrini çürüdən bir çox canlı vardır.
Buna bir nümunə "Alex" adında boz Afrika tutuquşusunun yetişdiricisi olan professor Irene Pepperbergin təsbitləridir. Cisimlərlə oynamağın və danışmağın uzun zamanlar yalnız insanlara xas xüsusiyyətlər olduğu düşünülmüşdür. Pepperbergin bu mövzudakı müşahidələri belədir:
... uşaqlar sözləri 22 aylıq ikən birləşdirməyə başlayırlar... Bu səbəblə, yalnız "peçenye" və "süd" sözlərini tanımaqla deyil, eyni zamanda "süd istəyirəm" yaxud "daha çox peçenye" deyə bilirlər... Ayrıca, bu birləşdirmə davranışını oyuncaqlarıyla fiziki birləşdirmələr edərkən də istifadə edərlər. Beləcə, stəkanları düzüldükləri ölçülərə görə götürməyə başlayırlar və bunun kimi digər nümunələr də var.
Hadisələrlə səslər arasında əlaqə qurma qabiliyyətinin tutuquşularda da görülməsi Pepperbergin Amerika Elm İnkişaf etdirmə Dərnəyindəki bir yığıncaqda bu sözləri istifadə etməsinə səbəb olmuşdur:
Səsli və fiziki birləşdirmə davranışlarının eyni anda ortaya çıxması primatların beyinlərindəki bölgələrdən törəyən tək primatlara xas bir xüsusiyyət olaraq düşünülərdi. Bu xüsusiyyəti primatlardan çox uzaq olan heyvanlarda tapmaq həyəcan vericidir.
Görüldüyü kimi, təkamülçülərin yalnız primatlara xas olduğunu irəli sürdükləri bir xüsusiyyətin, xəyali təkamül soy ağacında tamam ayrı bir qolda olan tutuquşularda da olması, təkamül baxımından böyük bir çıxılmaz vəziyyətdir. Tutuquşuların və digər bəzi quş cinslərinin bu cür kompleks bir beyin tutumuna sahib olması bütün təkamül sxemlərini etibarsız edir. Nə təkamülçülərin qarşıya qoyduğu kimi kiçikdən böyüyə doğru inkişaf edən beyin tutumları mövcuddur, nə də primatlar insanların atasıdır.
Üstəlik, təbiətdə ağıllı davranışlar göstərən bir çox növ vardır. Məsələn, qunduzlar axıntıya qarşı hidrodinamik baxımdan ideal ölçülərə sahib anbarlar meydana gətirərək evlər düzəldə bilir, termitlər xüsusi ventilyasiya kanallarına sahib nəhəng evlər inşa edə bilir, bal arıları həndəsə və riyaziyyat biliyinə əsaslanan pətəklər inşa edə bilirlər. Belə kompleks davranışlar reallaşdırmalarına baxmayaraq bütün bu canlılar kiçik beyinlərə sahibdirlər. Bu möcüzəvi davranışlara son bir nümunəni, Oxford Universiteti laboratoriyasında araşdırılan Betty adlı bir qarğanın etdikləri meydana gətirir.
Betty heç bir istiqamətləndirmə olmadan metal çubuğu bir məqsədə xidmət edəcək şəkildə bükərək alət halına gətirmişdir. Qarğa dərin bir qabın dibində olan yeməyə dimdiyiylə çata bilməyincə, laboratoriyada öz tapdığı metal çubuğun ucunu büküb qarmaq halına salmışdır. Daha sonra metal çubuğu istifadə edərək yeməyi asanlıqla çölə çıxarmışdır. Burada elm adamlarını heyrətə salan əhəmiyyətli bir nöqtə vardır. Betty, daha əvvəl heç qarşılaşmadığı bir vəsaitin boyu və elastikliyiylə işə yarayan olduğunu anlaya bilmişdir. Elastik vəsaiti tam da məqsədə uyğun şəkildə bükməyi bacarmışdır. Bettyin bu müvəffəqiyyətinin təsadüf olub-olmadığını görmək istəyən elm adamları qarğanı test etdiklərində 10 sınaqdan 9-unda eyni müvəffəqiyyəti görmüşlər.
Elm adamları kiçik beyninə baxmayaraq, Bettyin şimpanzelərdən daha üstün bir zəka səviyyəsi ortaya qoyduğunu ifadə etmişlər. Darvinist ön mühakimlərini qoruyan BBC, mövzuyla əlaqədar olaraq "Betty ən yaxın qohumlarımızı utandırdı" şərhini etmişdir. Bir başqa sözlə, Betty, təkamülçülərin zəkanın mənşəyiylə əlaqədar qəbullarını alt-üst etmişdir. Bettyi araşdıran Oxfordlu elm adamı Alex Kacelnik bu şərhi etmişdir:
Heyvanlar arasında ən ağıllı olanların primatlar olduqlarını düşünürük, çünki bizə ən yaxın növü onlar meydana gətirir. Ancaq bu heyvan (Betty) görmüş olduğumuz hər hansı bir primattan daha ağıllıdır.
Betty, "ağıllı" davranışlar sərgiləyən bir çox quşdan sadəcə biridir. Bu mövzuda elm dünyasında edilən daha çox sayda iş vardır. Bu açıq bir həqiqətdir ki, şimpanzelərin zəkasından danışan və sonra da bunu insanla şimpanzelər arasında bir qohumluq olduğu iddiasına dayaq kimi göstərən hər açıqlama səhvdir.

Heyvanların davranışlarının qaynağı nə olursa olsun, təkamül iddiaları bu xüsusiyyətlər qarşısında çarəsiz qalır. Bir çox quşun davranışları genetik quruluşlarında doğuşdan təyin olunmuşdur. Lakin belə bir vəziyyətdə bu davranışları quşların genlərinə kimin kodlaşdırdığı sualı ağıla gəlir. Təkamülçülərin bu davranışlara instinkt demələri bu sualı yenə cavabsız qoyur. Çünki bu davranışlar quşlara Allahın ilhamıdır və instinkt kimi nə olduğu naməlum anlayışlarla açıqlana bilməz. Bir neçə quş növündə görülən sonradan öyrənməyə əsaslanan davranışlar isə, təkamülçülərin instinkt deyib keçə bilmədikləri bir başqa çıxılmaz vəziyyətdir. Tutuquşular kimi danışmağı öyrənə bilən quşlarda müşahidə edilən heyrətamiz şüurlu davranışlar da, Allahın onlara ilhamıdır.