Nəticə

Bu saytda Allahın yaratdığı möcüzəvi canlılardan biri olan "səsləri təqlid edə bilən quşlar”dan danışdıq. Eşitdikləri səsləri təqlid edə bilmək, danışa bilmək üçün sahib olmaları lazım olan mexanizmin mükəmməlliyinə şahidlik etdik. İnsan belə zəkaca açıq üstünlüyünə baxmayaraq çox vaxt başqa səsləri və ya danışıqları təqlid etməkdə çətinlik çəkərkən, bu kiçik quşların eşitdikləri bir çox səsi qüsursuz təqlid edə bilmələri, danışıq qabiliyyəti göstərmələri şübhəsiz fövqəladə bir vəziyyətdir. Araşdırmalar nəticəsində əldə edilən elmi tapıntılar, quşlardakı bu mükəmməl mexanizmin qüsursuz bir dizaynın əsəri olduğunu ortaya qoyur. Allahın üstün elm və sənəti, yaratdığı varlıqlarda göstərdiyi ehtişam heç bir hiyləgər nəzəriyyə ilə örtülə bilməyəcək qədər açıqdır. Tutuquşular, tovuz quşuları, rəngarəng tutuquşular, dalğalı tutuquşular və daha saymaqla, hətta ümumiləşdirmə etməklə bitirə bilməyəcəyimiz qədər bir çox canlı, təsadüf iddialarını yalanlayır, hər an hər dəqiqə özlərini yaradan Rəbbimizin sonsuz gücünü sərgiləyirlər.
Kitabın müxtəlif hissələrində toxunduğumuz kimi darvinistlər, bu mükəmməl sistemi təsadüflərlə açıqlamaqda israr edirlər. Darvinist zehniyyətə görə, ətrafımızda gördüyümüz bütün canlılar, bu canlıların sərgilədikləri bütün qabiliyyətlər, hər cür estetika və gözəllik kor təsadüflərin əsəridir. Halbuki, həyatın və canlıların hər anına hakim olan şüur və dizaynın təsadüflərlə açıqlanması heç bir şəkildə mümkün deyil. Darvinistlərin bu açıq həqiqəti görə bilməmələri, daha doğrusu görmələrinə baxmayaraq qəbul etməmələri isə tamamilə ideolojidir. Bu kəslərin təkamül nəzəriyyəsinə olan bağlılıqları, bəhs edilən nəzəriyyənin həyatın mənşəyini açıqladığını eşitdikləri inancdır. Təkamülün həyatın mənşəyini açıqlaya bilmədiyini qəbul etmələri isə, geriyə qalan tək və doğru alternativi, yəni "yaradılış həqiqətini" qəbul etmələri mənasını verəcək. Bu da, darvinizmin və bağlı olduğu materialist ideologiyanın tamamilə çökməsi deməkdir.

Unutmamaq lazımdır ki, ətrafımızda minlərlə nümunəsini gördüyümüz -darvinistlərin şiddətlə görməzlikdən gəldikləri- Allahın yaradış möcüzələri, inkarçıların yanlış fəlsəfələrini yerlə bir edəcək əhəmiyyətli dəlillərdir. Canlılardakı möhtəşəm quruluşu və kainatdakı fövqəladə tarazlığı görən vicdan sahibi hər insan, bunları var edən gücün, üstün və hakim olan Rəbbimiz olduğunu açıq şəkildə görəcək. Beləcə, təxminən 1.5 əsrdir dünyanı aldadan darvinizm və buna görə materialist fəlsəfə yıxılacaq, insanlar Allahın varlığını qavrayacaq və Rəbbimizin dilədiyi gözəl əxlaqa görə yaşamağa başlayacaqlar. Darvinizmin təməlini meydana gətirdiyi batil fikir sistemi, Allahın "Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz..." (Ənbiya surəsi, 18) ayəsində bildirdiyi kimi tamamilə yox olacaq.