Darvinistlərin ağıl sahibi sandığı kor təsadüflər

Danışan quşların sahib olduğu qüsursuz sistemlərdən danışmağa başlamazdan əvvəl, təkamül nəzəriyyəsinin təməlini meydana gətirən "təsadüf" iddiasının etibarsızlığı üzərində dayanmaqda fayda vardır. Beləcə, bu kitabda bəhs edəcəyimiz canlıların heyrət verici xüsusiyyətlərinin də təsadüflərin bir əsəri olduğunu iddia etmənin nə dərəcə böyük bir məntiqsizlik olduğu daha açıq bir şəkildə aydın olacaq.
"Təsadüf"; şüursuz, nizamsız, plansız, qeyri-sistematik kimi bir çox sifəti əhatə edən bir sözdür. Şüurlu bir güc, bir sistem, bir ağıl, bir məlumat qaynağı deyil. Təsadüf sözcüyü, planlanmamış vəziyyətləri meydana gətirən, müəyyən bir məqsəd daşımayan hadisələri ifadə edir.

Ancaq təsadüf sözünün elm dünyasında, darvinist-materialistlər tərəfindən hansı mənalarda istifadə edildiyinə baxdığımızda olduqca fərqli izahlarla qarşılaşarıq. Darvinist-materialist fəlsəfəni müdafiə edən elm adamları, təsadüf sözünə "yaratma" kimi şüur, ağıl, məlumat, plan, nizam tələb edən mənalar yükləyər və təsadüfdən sanki "güc sahibi" bir varlıqdan bəhs edər kimi danışarlar. Bunun məqsədi də, canlıların "yaradılmış" olduğu həqiqətini inkar etməkdir.

Not A Chance (Təsadüf Deyil) adlı kitabın yazıçısı R. C. Sproul, təsadüf anlayışının elm dünyasındakı darvinistlərin səyləriylə qazandığı həqiqətdən kənar mənanı belə açıqlayır:
Elm adamları təsadüfə bir güc ətf etdiklərində fizika sahəsini sehrə tərk etmiş olarlar. Təsadüf (Darvinistlərə görə) yalnız dovşanların deyil, lakin bütün kainatın yoxluqdan ortaya çıxmasını təmin edən sehrli bir dəyənəkdir. 1
Yaradılış həqiqətini saysız elmi isbata baxmayaraq gözardı edənlər, böyük bir fanatizmlə ideologiyalarını müdafiə etməyə davam edərkən, nə qədər böyük bir yanılmaya qapılmış olduqlarını, ağıl və məntiqdən nə qədər uzaqlaşdıqlarını fərq edə bilməzlər. Fransız elm adamı Prof. Pierre Delbet də, La Science et la réalité (Elm və Həqiqət) adlı işində, təsadüflərə yaradıcı güc ətf etmənin böyük bir yalan və məntiqdən kənar bir üsul olduğunu belə dilə gətirmişdir:

Təsadüf, bu gün bütün qanunların ən ümumisi olan bir qanun olaraq meydana çıxır. Mənim üçün, Montenin sözləriylə, yalnız cəhalətin və laqeydliyin təmin edə biləcəyi yumşaq bir yastıq kimidir, lakin bu elmi (göstərilməyə çalışılan) bir yastıqdır. 2
Darvinistlər tərəfindən canlılıların mənşəyi üçün elmi bir şərh kimi əks etdirilən "təsadüf" anlayışı əslində qeyri-sistematikliyi, məqsədsizliyi, naməlumluğu ifadə edər. Bu səbəbdən, qüsursuz bir sistemin, mükəmməl bir tarazlığın bu "kor təsadüflərin" əsəri olaraq ortaya çıxdığını iddia etmək nə ağıl və məntiqlə, nə də elmlə uyğun gəlir. Var olan bir dizaynı görüb bu dizaynın "məqsədsiz olduğunu" qarşıya qoymaq, işləyən bir nizamı görüb bu nizamı "təsadüflər" ilə açıqlamağa çalışmaq, həqqiqətləri göz görə-görə inkar etməkdən başqa bir şey deyil.
Darvinist elm adamları tərəfindən qarşıya qoyulan, canlıların təsadüflərin əsəri olduğu iddiasının qeyri-mümkünlüyünü, belə bir örnəklə də açıqlamaq mümkündür: Fərqli elektron vəsaitləri, dövrələri, naqilləri, kompyuter parçalarını ehtiva edən nəhəng bir anbar düşünək. Sonra da anbardakı bu parçaların öz-özlərinə birləşərək robot olmalarını gözləyək. Bir "təsadüf" nəticəsi parçaların bir-birlərinə uyğun olaraq birləşmələri üçün sizcə nə qədər zaman keçməlidir? Bir yerə gəldiklərində ortaya necə bir quruluş çıxaracaqlarını bilməyən, bu səbəbdən əsl məqsədlərinin nə olduğunu bilməyən bir-birindən müstəqil parçaların, funksional bir robot meydana gətirmələri ehtimalı nədir? Əlbəttə nə qədər zaman verilirsə verilsin belə bir xəyalın reallaşması qeyri-mümkündür.
Bu parçaların hər hansı bir dizayn daxilində birləşməsi üçün şüur sahibi bir varlığın müdaxiləsinin zəruri olduğuna kimsənin şübhəsi yoxdur. Belə bir vəziyyətdə təsadüflərin təsiri isə, mövcud nizamı alt-üst etməkdən başqa bir şey olmayacaq. Bu səbəbdən cansız, mexaniki parçalardan ibarət olan tək bir robotun belə, öz-özünə, özbaşına təsirlər nəticəsində meydana gələ bilməsi ehtimalı üzərində dayanmaq ağıldan kənar, bir-birindən kompleks sistemlərə sahib, hər bir orqanı onlarla vaz keçilməz parçadan yaranan bir canlının təsadüflərin əsəri olduğunu qarşıya qoymaq bundan daha çox böyük ağılsızlıqdır.
Məşhur biokimya professoru Micheal J. Behe, təsadüfi qarşılaşdığımız nizam və müxtəlifliyin qanunu olaraq görən həmkarlarına bəslədiyi heyrəti belə dilə gətirir:


Təsadüf təsadüfdür, ancaq Darvinin nəzəriyyəsində qanundur. Biz hüceyrələrin xüsusiyyətlərinin dizayn edildiyini söyləyərkən, bəziləri bunun mutasiyalarla və təbii seleksiya ilə reallaşdığını söyləyir. Təsadüf iddialarını tamamilə çıxardığımızda isə, bu xüsusiyyətlərin dizayn edildiyi nəticəsini alarıq. 3
Görüldüyü kimi darvinistlər, "təsadüfü", təbiətdəki bütün canlıları, onların kompleks strukturlarını, orqanlarını, genetik məlumatlarını yaradan bir ünsür olaraq görürlər. Təsadüflərin, əslində hesab, plan, dizayn, mühakimə kimi ağıl tələb edən hərəkətləri böyük bir müvəffəqiyyətlə reallaşdırdıqlarına inanırlar. "Təsadüfə" fövqəladə vəzifələrin və mənaların yükləndiyi bu batil anlayışın müdafiəçilərinə görə, yüz minlərlə ildir yaşamış bütün insanların beyinlərini, ağıllarını, düşünmə qabiliyyətlərini, mühakimə qabiliyyətlərini, yaddaşlarını, görünüşlərini və digər bütün xüsusiyyətlərini şəkilləndirən güc, "təsadüf" adlı bu saxta "dahilikdir." Bu axmaq iddiaya görə ixtiralar edən, kompleks fizika tənliklərini həll edən, digər canlıların quruluşunu araşdıran professorlar, qiymətli sənət əsərləri çıxaran sənətçilər, milyonlarla insanı idarə edən dövlət adamları da şüursuz təsadüflər tərəfindən var edilmişlər. Darvinistlərə görə kor təsadüfün, "təbii seleksiya" deyilən seçmə mexanizmiylə birləşdikdən sonra, bəhs edilən fövqəladə hadisələri reallaşdırmaq üçün ehtiyacı olan tək şey "zaman"dır. Bu yalnış məntiqə görə, əgər təsadüfə zaman verilsə, quru bir palçığı, quşlara, atlara, zürafələrə, kəpənəklərə və hətta elm adamlarına, siyasətçilərə, rəssamlara çevirə bilər. Tamamilə fantastik və ağıldan kənar bir elmi fantastika hekayəsini xatırladan bu iddiaların heç bir elmi dəlili yoxdur.

 

Bu günə qədər bir çox kitabda təkamül nəzəriyyəsinin təsadüf ilə əlaqədar bu çox məntiqsiz iddialarını etibarsız edən yaradılış möcüzələrindən danışdıq. Yaradılışın əhəmiyyətli dəlillərindən biri olan quşlardakı danışıq və səs təqlidi qabiliyyətlərinə toxunduğumuz bu kitabda da, özlərini təsadüf kimi çıxılmaz vəziyyətin içinə salan təkamülçülərin sərgilədikləri ciddi məntiq pozuqluqlarına şahid olacağıq. Beləcə, təkamülçülərin içində olduqları çıxılmaz yolu birlikdə görəcəyik.