Səsləri təqlid etməyi öyrənən quşlar meymunlardan daha üstün bir bacarıq sərgiləyirlər

Bilindiyi kimi, bir çox təkamülçü, şimpanzelərin insanlarla olan saxta qohumluq bağlarına dəlil təqdim edə bilmək məqsədiylə, şimpanzelərlə insanlar arasındakı bənzərlikləri təsbit etməyə çalışırlar. Ancaq şimpanzelərin dil və düşünmə qabiliyyətləri üzərində aparılan araşdırmalar, onların çox sadə bir işarə dili istifadə etdiklərini ortaya çıxarmışdır. Beləcə, təkamülçülərin meymunları danışmağı öyrənmə baxımından ən əlverişli heyvan olaraq göstərmə istiqamətindəki işləri isə xəyal qırıqlığı ilə nəticələnmişdir. Bu vəziyyət, şimpanzelər və insanlar arasında, təkamülçülərin xəyal etdiyi kimi bir əlaqə olmadığını bir daha gözlər önünə sərmişdir.
Sərf edilən o qədər zaman və əməyə qarşı nəticəsiz qalan şimpanzeləri danışdırma səyləri nə qədər yalnış bir yanaşma içində olduqlarını göstərsə də, mətbuatda bu işlər təhrif edilərək təqdim edilir. Bunun son nümunələrindən biri Respublika Elm Texniki jurnalının 25 yanvar 2003 tarixli sayında "Şimpanze danışa bilirmi?" başlıqlı yazısı olmuşdur. Bu yazıda BBC online saytında yerləşən bir xəbərə əsaslanaraq, "Kanzi" adlı şimpanzeyə danışmaq öyrədildiyi irəli sürülürdü. Ancaq şimpanzenin çıxardığı səslərin "danışıq" qabiliyyətiylə bir əlaqəsi yox idi.
Jared Taglialatela və Suya Savage-Rumbaugh adlı təkamülçü tədqiqatçılar, Kanzi adı verilən şimpanzenin bəzi davranışlar və obyektlər üçün fərqli səslər çıxardığını; "banan", "üzüm", "meyvə şirəsi" və "bəli" mənasını verən bu səsləri, fərqli məzmunlarda istifadə etməsinə baxmayaraq "bəli" sözünü heç bir şərtdə dəyişdirmədiyini iddia edirlər. Eyni tədqiqatçılar, şimpanzenin bunu özünün öyrəndiyini irəli sürürlər.
Halbuki şimpanze danışa bilmir. İnsanların sahib olduğu "danışıq" qabiliyyəti, müəyyən səsləri çıxarmaqdan ibarət deyil; anlayışların adlandırılması, qrammatika qaydalarına uyğun cümlələr qurulması kimi heç bir heyvan tərəfindən bacarılmayan və qaynağı da dil alimləri tərəfindən açıqlana bilməyən fövqəladə xüsusiyyətləri ehtiva edir. Kanzinin təkrarən istifadə etdiyi sözlərin isə "danışıq" olaraq qəbul edilə bilməyəcəyi açıqdır. Necə ki, eyni xəbərdə tənqidçilərin, səslərin dil olaraq təyin olunması üçün müəyyən bir söz sırasının lazım olduğunu söylədiyi ifadə edilir.
Bu nöqtədə təkamül nəzəriyyəsi adına bir ziddiyyət də ortaya çıxır; çünki səs çıxarma və təqlid etmə baxımından tutuquşuların ən az Kanzi qədər bacarıqlı olduğu qəti bir gerçəkdir. Hətta tutuquşuların qabiliyyətləri ilə müqayisə edildiyində şimpanzelərin çıxardıqları səslər çox sadədir. Ancaq yenə də heç bir qəzetdə insan və tutuquşunun təkamüllü qohum olduğu istiqamətində bir xəbərə rast gəlinməz.
Bu mövzuda uzun illər işləmiş elm adamlarının obyektiv şərhləri, Kanzi nümunəsində görülən iddiaların bir xəyaldan ibarət olduğunu ortaya qoyur. Məşhur dil alimi Philip Lieberman, şimpanzelərə dil öyrətmə təcrübələrinin məhkum olduğu müvəffəqiyyətsizliyi belə vurğulayır:
17-ci əsrdən bu yana, heyvan pedaqoqları və tədqiqatçılar şimpanzelərə danışıq öyrətməyə çalışmalarına baxmayaraq, bunu bacara bilən heç bir şimpanze olmamışdır. Əslində, bir şimpanzenin səs meydana gətirmə anatomiyası təməl olaraq bizimkindən fərqlidir. Şimpanzelər, beyinlərinin zəruri dil manevrlərini planlayıb bacara bildiyini fərz etsək belə, yenə də insan danışığının boğuq bənzərini çıxaracaqlar. Bunu edə bilmək üçün isə bizim beyinimizə sahib olmaları lazımdır.
Görüldüyü kimi, bir qisim quşların səsləri təqlid edə bilmə qabiliyyəti, təkamülçülərin əhəmiyyətli iddialarından biri olan, "təkamüllü soy ağacı" iddiasını bir başqa baxımdan da mənasız edir. Çünki insanla fiziki olaraq heç bir bənzərlik daşımayan bir tutuquşunun danışıq kimi yüksək zəka tələb edən bir qabiliyyətə sahib olması, heç bir təkamüllü qəlibə uyğun gəlmir. Təkamülçülərə görə, saxta təkamüllü soy ağacında şimpanzelər insandan dərhal sonra yer almalıdırlar. Ancaq Allahın yaratdığı canlılardan biri olan danışan quşlar, göstərdikləri yüksək şüurla və səsləri təqlid etmə qabiliyyəti ilə təkamülçülərin bu iddialarını etibarsız edirlər.
Təkamül nəzəriyyəsinin müdafiəçiləri isə danışan quşların, nəzəriyyələri baxımından açıqlanması çox çətin bir mövzu olduğunun fərqindədirlər. Təkamülçülər üçün bu mövzunun çətinlik meydana gətirən bir başqa istiqaməti də quş zəkasının mənşəyi ilə əlaqədardır: Quşlar, əgər təkamülün qarşıya qoyduğu kimi primatlardan daha az inkişaf etmişlərsə, çox kiçik beyinə sahib olmalarına baxmayaraq, xəyali təkamül ağacında özlərindən daha irəli olduqları irəli sürülən primatların sahib olmadığı bu xüsusiyyəti birdən-birə necə qazanmışlar? Məsələn, bir qarğa növü olan "Mynah" quşları da insan danışığını təqlid edə bilirlər. Lakin primatlar bunu edə bilməzlər. Təkamülçülər bu mövzuya açıqlıq gətirməyə çalışarkən, primatların danışıqları təqlid etmə qabiliyyətlərinin olmadığını, qırtlaq quruluşlarındakı fərqliliyə bağlayarlar. Ancaq bu heç bir şəkildə yetərli bir açıqlama deyil. Quşların da qırtlaq quruluşları insana qətiyyən bənzəməz, ancaq Allahın onlara verdiyi qabiliyyət sayəsində, insan danışıqlarını rahatlıqla təqlid edə bilərlər. Təkamülçülərin bu iddiasının etibarsızlığını Cambridge Universiteti zooloqlarından və sahəsində tanınmış bir nüfuz sahibi olan W. H. Thorpe bu şəkildə ifadə edir:
Burada deyilə biləcək tək şey, insan danışığını təqlid etmə mövzusunda quşların səsləndirmə orqanlarının çox açıq bir şəkildə şimpanze yaxud qorilladan daha az uyğun olduğudur. Məncə ... əgər bir quş qırtlağını (syrinx) indiyə qədər onu ilk dəfə görən bir qırtlaq mütəxəssisinə göstərsəniz və ona "Belə bir qırtlağa sahib canlı necə danışa bilər?" deyə soruşsanız, buna: "Qəti olaraq qeyri-mümkündür" deyə cavab verəcək.
Görüldüyü kimi, Allahın bir qisim quşlara verdiyi bu qabiliyyət, təkamülçü şərhləri etibarsız edən əhəmiyyətli nümunələrdəndir. Qırtlaq quruluşları nə qədər fərqli olursa olsun, Allah, bu quşları danışmağa əlverişli şəkildə yaratmışdır və bəhs edilən quşlar insanları heyrətə salacaq şəkildə dəqiq danışa bilirlər. Unutmamaq lazımdır ki, Rəbbimiz, bənzərsiz yaradan və dilədiyinə "nitqi verib danışdırandır." (Fussilət surəsi, 21)