Quşlarda anlama-öyrənmə qabiliyyəti

Anlama-öyrənmə qabiliyyəti baxımından danışan quşlar arasında ən yaxşıları boz Afrika tutuquşularıdır. Bu tutuquşulardan sonra xüsusilə sarı boyunlular (yellow nape), mavi sinəlilər (blue front) və cüt sarıbaşlar (double yellowheads) gəlir. Tutuquşu növü olan Macawlar da, danışmağı öyrənə bilirlər, lakin çox vaxt yüksək və kobud bir səsdən istifadə edirlər. Danışmağı öyrənə bilən tutuquşulardan Cockatooların, Macawların xoşa gələn səsləri vardır. Lakin hər ikisi də, Afrika boz tutuquşuları və ya Amazonlar qədər asanlıqla öyrədilə bilməzlər. Mynah növlü quşlar da xüsusilə danışıq qabiliyyətləri ilə tanınarlar. Məsələn, mynah növü olan quş, bir uşaq ona yaxınlaşdığında ona "salam" deyə səslənir, əgər uşaqdan "salam" deyə qarşılıq alsa, "necəsən?" deyərək sual verər. Daha da maraqlısı "adın nədir?" deyərək danışmağa davam edə bilər.
Tutuquşuların təəccüblü xüsusiyyətlərindən biri, söhbətləri cisimlərlə ya da hərəkətlərlə əlaqələndirə bilmələridir. Məsələn, bir müddət hər səhər qəfəsin üzərindəki örtünü qaldırıb tutuquşuya "sabahınız xeyir" deyilərsə, tutuquşu bir səhər örtüsü qalxdığında bu sözü özü söyləyə bilər. Bir çox tutuquşunun, telefon zəng çaldığında "alo" dediyini, ya da qapı döydüyündə "kimdir?" dediyini eşitmisiniz. Üstəlik, bir çox quş bunları özlərinə xüsusi olaraq öyrədilmədiyi halda edə bilər. Bunun səbəbi, bəhs edilən quşların, hadisələr və bu hadisələr əsnasında keçən söhbətlər arasında əlaqə qura bilmələridir.
Uzun bir müddət tutuquşuların və digər danışan quşların yalnız təqlid etdikləri düşünülərkən, aparılan tədqiqatlarla bu canlıların təəccübləndirici zehni qabiliyyətləri olduğu aydın olmuşdur. Hətta elm adamları quşların ünsiyyətindəki kompleksliyin hələ yeni başa düşülməyə başlandığına inanırlar. Prof. Irene Pepperbergin, 1977-ci ildən bəri "heyvan davranışları və heyvan-insan ünsiyyəti" mövzusunda etdiyi işlər, quşların danışıq və anlama qabiliyyətləri haqqında dərin məlumat vermişdir. Prof. Pepperbergin ən əhəmiyyətli işlərindən biri, 3 boz Afrika tutuquşusu ilə icra etdiyi işdir. Bu tutuquşulardan ən yaşlısı olan "Alex", müəyyən sözlər istifadə edərək tədqiqatçı ilə ünsiyyət qura bilir, özünə verilən əmrləri anlayır, öz istəklərini dilə gətirə bilir, saymağı bilir, cisimləri, rəngləri, şəkilləri tanıya bilir.

Bu qabiliyyət elm adamlarına görə, avtomatik olmaqdan çox, yüksək şüur göstəricisi olan öyrənmə nəticəsində reallaşır. Əlbəttə ki, heyvanlarda gördüyümüz bu yüksək şüur, Allahın canlılara olan ilhamıdır. Şüursuz atomlardan yaranan, kiçik bir ət parçası olan quşun, öz-özünə bu cür kompleks qabiliyyətlər sərgilədiyini düşünmək axmaqlıqdır. Allah bu canlılarda təcəlli etdirdiyi qabiliyyətlərlə bənzərsiz yaratma sənətini bizlərə göstərir.
Sonrakı sətirlərdə Prof. Irene Pepperbergin öyrətdiyi "Alex" adlı quşdan nümunələr verərək, bir tutuquşunun nələr edə bildiyinə daha ətraflı şəkildə toxunacağıq. Bacarıqlarını ümumiləşdirsək, bu tutuquşu sadəcə cümlələr qurmaq və qavramaqla deyil, eyni zamanda ona öyrədilən kateqoriya, miqdar, rəng və ölçü kimi anlayışları da anlaya bilir. Ayrıca, bir cismin bir başqasından fərqli olub-olmadığını, bir yerdə mövcud olub-olmadığını da ayırd edə bilir.
-        Alex adındakı bu tutuquşu 40-dan çox cismin adını öyrənmişdir: kağız, açar, fındıq, taxta, buğda, yük maşını, qızartma, paltar sıxacı, taxıl, göbələk, qoz, blok, qutu, duş, banan, makaron, idman salonu, kraker, cırmaqlama, popkorn, zəncir, kivi, çiyin, qaya, kök, çınqıl, kubok, turunc, arxa, kürsü, təbaşir, su, dırnaq, üzüm, qızartma, müalicə etmək, vişnə, yun, yaşıl paxla və alma.
-        "Xeyr" sözünü ehtiyacına görə yerli-yerində istifadə edir. Ayrıca, bir şey istədiyində "bura gəl", "... istəyirəm" və ya bir yerə getmək istədiyində "...getmək istəyirəm" kimi cümlələr quraraq istəklərini şifahi şəkildə bildirir.
-        Bu tutuquşu aparılan tədqiqatlar nəticəsində sifətlərlə əlaqədar cümlələr də öyrənmişdir. Məsələn, 7 rəngi; qırmızı, mavi, yaşıl, sarı, narıncı, boz və bənövşəyi- ayırd edə bilir.
-        Cisimlərin sayını ayırd etmək üçün "iki", "üç", "dörd", "beş" və "altı" rəqəmlərini -qruplar nə qədər qarışıq olursa olsun- istifadə edə bilir. 5 fərqli formanı 2, 3, 4, 5 və ya 6 bucaqlı olaraq adlandıra bilir.
-        Alex "kateqoriya" mövzusunda da qavrama qabiliyyətinə malikdir. Məsələn, "yaşıl" ifadəsinin "rəng" kateqoriyasında olduğunu anlayır. Eyni zamanda müəyyən bir rəngdə və formada olan cisim üçün, "yaşılın" və "3 bucaqlının" fərqli bir kateqoriyanı təmsil etdiyini anlayır. "Hansı rəng" yaxud "hansı forma" kimi suallara hər iki xüsusiyyətdən birinə görə cavab verir. Başqa bir sözlə, bir əşyanın rəngi ondan soruşulduğunda, forması ilə əlaqədar cavab vermir, əşyanın rəngini söyləyir. Eyni şəkildə, əşyanın formasıyla əlaqədar soruşulan suallara da doğru cavab verir, ondan, "kvadrat" cavabı gözlənilirsə, rənglə əlaqədar deyil, formayla əlaqədar bir cavab verir. Bu vəziyyət, tutuquşunun "mücərrəd anlayışlara qarşı qabiliyyət" sahibi olduğunu ortaya qoyur.
-        100-dən çox cismi istəmək, rədd etmək, kateqoriyalara ayırmaq və saymaq üzrə cisimlərin sifətlərini və adlarını birləşdirə bilir. Bu qabiliyyətləri test edildiyində isə 80% müvəffəqiyyətlidir.
-        Alex adlı tutuquşu bununla yanaşı, "eyni", "fərqli" kimi mücərrəd terminlərlə əlaqədar suallara cavab verməyi də öyrənmişdir. Məsələn, rəng, forma ya da vəsait xüsusiyyətlərinə görə iki cisim göstərildiyində, bu cisimlərin hansı kateqoriyada bənzər və ya fərqli olduqlarını bilir, yaxud verilən sual mövzuyla əlaqəli deyilsə, sualı "heç biri" olaraq cavablandırır.
-        Aparılan tədqiqatlar nəticəsində, Alexin, öyrədilmələrdə istifadə edilməyən ad, rəng, forma və vəsaitlər haqqında da doğru cavab verdiyini görmüşlər. Məsələn, yaşıl üçbucaq bir taxta və mavi üçbucaq bir taxta üçün "eyni olan nədir?" kimi suala da doğru cavab verir.
-        Əgər bir təlimatçı Alexin istəklərinə səhv cavab versə (Məsələn, istənməyən bir maddə ilə dəyişdirsə), Alex ümumiyyətlə, "xeyr" deyərək ilk istəyini təkrar edər. Ayrıca, iki cisimdən hansının daha böyük, yaxud kiçik olduğu soruşulduğunda doğru cavab verərkən, əgər bərabər ölçüdədirlərsə "xeyr" deyə reaksiya verir.
-        Fərqli forma və rənglərdəki cisim quruluşu verildiyində, məsələn, neçə ədəd obyektin yaşıl üçbucaq yaxud mavi dördbucaqlı olduğunu söyləyə bilir. Fərqli ölçülərdəki şüşə qapaqlarını sıraya düzə bilən Alex, həmçinin, sözləri quraraq "yaşıl fıstıq istəyirəm" yaxud "bura gəl" kimi istəklərini sadə cümlələrlə ifadə edə bilir.
-        Tutuquşunun qavrama qabiliyyəti ilə əlaqədar aparılan tədqiqatlardan biri isə belədir: Müxtəlif forma, rəng və vəsaitdən ibarət olan 100 cisim arasından ona "X cismi nə rəngdir?" kimi sual soruşulduğunda, Alex bu sualın 81,3% -nə doğru cavab verir. Verdiyi doğru cavablar bu tutuquşunun, sualın bütün hissələrini anladığını və göstərilən cisimlər arasından istənilən məlumatı təmin edəcək şəkildə doğru cavabı seçə bildiyini göstərir.
Yuxarıdakı məlumatlardan da görüldüyü kimi, tutuquşular –zəruri təhsili aldıqları təqdirdə- uzun cümlələri əzbərləyib bunları doğru yerlərdə və müxtəlif suallara cavab vermək üçün istifadə edə bilirlər. Ayrıca, müxtəlif sözləri və melodiyaları da tanıya bilirlər. Dövrümüzdə tutuquşular, delfinlər və balinalar kimi üstün zəkaya sahib canlılar arasında sayılır. The Augusta Chronicle adlı nəşrdə tutuquşuların zəka və qabiliyyətlərindən belə bəhs edilir:
Aparılan yeni tədqiqatlar tutuquşuların, şimpanzelər və delfinlərdə olduğu kimi ancaq 5 yaşındakı uşaqların bacara biləcəyi kompleks zehni anlayışların öhdəsindən gələ bildiyini açıqlayır.
Həmçinin, üzərində dayanılmalı olan bir başqa məlumat da, heyvanlar arasındakı ünsiyyətin ümumiyyətlə -məsələn, bir itin hürməsi- öyrənilən bir davranış deyil, doğuşdan var olan bir xüsusiyyət olmasıdır. Quş növlərinin bir çoxunda da təməl səs siqnalları doğuşdan və avtomatik ola bilər. Ancaq müəyyən səsləri təqlid edə bilmək isə ayrı bir mövzudur və öyrənmə qabiliyyəti tələb edir. Tədqiqatlar, tutuquşu qrupu (tutuquşular, kəkilli tutuquşular, dalğalı tutuquşular), Corvids (xoruz, quzğun, alaqarğa) və Craticidae (Avstraliya sağsağanı, currawongs, çəyirtkə quşu) kimi quş növlərində səs bacarıqlarının bir çoxunun öyrənilmiş davranış olduğunu göstərmişdir.

Burada unudulmamalı olan bir həqiqət vardır: bəhs edilən canlılara aid bütün bu qabiliyyətlər özlərinə aid deyil. Şüur və ağıldan məhrum canlıların öyrənmə qabiliyyəti təkmilləşdirmələri, sonra öyrəndiklərini yaddaşlarında saxlayıb, yerli-yerində istifadə etmələri Allahın bu canlılara olan ilhamıdır.